IQNA

Əxbari alimləri ilə qısa tanışlıq-1

Əxbariliyin ilk baniləri, Əstərabadilər və digərləri...

22:40 - February 19, 2016
Xəbər sayı: 3480196
Tehran, 19.02.2016 - Hüzur dövründən sonra (İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər...

Tehran/İQNA - Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyilməyə başladı ki, ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytardılar… Biz bir sıra silsilə yazılarımıza sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Bundan məqsədimiz budur ki, əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…

1-1 - Dərviş Məhəmməd bin Həsən Nətənzi (vf. 1003 hq)

Mühəqqiq Kərəki (vf. 950 hq) və Şəhid Saninin (vf. 966 hq) şagirdidir. Quranın zahiri mənasını belə Əhl-Beytin (ə) hədisi olmadan höccət bilmirdi. Təfsirində hədis olmayan ayəyə əməl etmirdi.

-"Təbəqatu ə`lamuş-şiə", c.4. s.83 və c.5. s. 210; "əl-Fikr əs-Sələfi", s. 277, s. 323; Münyətul-Mürtad fi zikri nüfatil-ictihad", s.2-3; Mosuətu ət-Təbəqat əl-Füqəha", c.10, s. 100;

1-2 - Molla Əbul-Həsən Abdullah bin Hüseyn Şüştəri İsfəhani (vf. 1021 hq)

Nəcəf və Kərbəlada 30 il dini təhsil alıb. Müqəddəs Ərdəbilinin şagirdi olub. 1007-ci ildə İsfahana gəlib Əhl-Beyt (ə) hədisini yaymağa başlayıb. İsfahanda mədrəsə tikib, özünün bütün mal-dövlətini 14 məsum adına vəqf edib və bundan gələn qazancı seyyidlərə verərmiş.

Məhəmmədtəqi Məclisi, İnayətullah Qohpayi (Məcməur-rical) və Mustafa Təfrişi (Nəqdur-rical sahibi) onun şagirdləri olublar.

1-3 - Mirza Məhəmməd bin İbrahim Əstərabadi (vf. 1028 hq)

Dövrünün rical, hədis və təfsir alimi olub. Nəcəfdə Müqəddəs Ərdəbili və Zəhiruddin Məysi kimi alimlərdən elm öyrənib. Sonra Məkkəyə köçərək orada yaşayıb və oradada vəfat edib. Qəbri Həzrət Xədicənin (s) qəbrinin yaxınlığındadır. Əllamə Məclisi (r.ə) onun İmam Zamanla (ə.f) görüşdüyünü iddia edib.

"Ayatul-Əhkam" ("Təhzibul-Əhkam"a haşiyə), "Tozihul-məqal" (rical), "Təlxisul-əqval" (rical), və "Mənhəcul-Məqal" (rical / Ayətullah Vəhid Behbəhani bu kitaba təliqə yazıb) kitablarının müəllifidir.

Hazırladı: Mirməhəmməd Bəşir


captcha