IQNA

Vyanalı müsəlmanlar Qədir-Xum bayramında seyidləri ziyarət edəcəklər

12:55 - September 08, 2017
Xəbər sayı: 3482117
Avstriyanın paytaxtı Vyananın "İmam Əli (ə) İslam Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "müsəlman bacılar dərnyəi" Qədir-Xum bayramı günü "seyidləri ziyarət" proqramı hazırlayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyanın paytaxtı Vyananın "İmam Əli (ə) İslam Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "müsəlman bacılar dərnyəi" Qədir-Xum bayramı münasibəti ilə keçən illərdə olduğu kimi bu il də baryam günü bu ölkədə yaşayan seyidlərə baş çəkmək və onların vəziyyəti ilə maraqlanmaq məqsədilə "seyidləri ziyarət" proqramı hazırlayıblar.

Bu proqram cari həftənin şənbə günü, 9 sentyabr 2017-ci il, Qədir-Xum bayrmında yerli vaxtla 17:30-dan 19:30-dək icra ediləcəkdir.

Vyananın "İmam Əli (ə) İslam Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "müsəlman bacılar dərnyəi" bütün xanımları, xüsusilə də seyyidə xanımları bu proqramda iştirak etmək üçün dəvət edib.

http://www.iqna.ir/fa/news/3639241

Teqlər: iqna ، seyid ، seyyid ، seyyidə ، qədir xum ، vyana
captcha