IQNA

Höccətul-İslam Həkim İlahi İQNA ilə müsahibəsində xəbər verdi:

İsveçdə "İslamda incəsənətsevərlik sərgisi" keçiriləcək + Foto

13:21 - September 08, 2017
Xəbər sayı: 3482118
İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin müdiri dedi: Avropanın ən böyük xalçası 8 Sentyabr 2017-ci il "Avropa Ölkələrinin 5-ci Quran Yarışları" çərçivəsində sərgiyə qoyulacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin müdiri Höccətul- İslam vəl-müslimin Həkim İlahi dünən, 7 sentyabr 2017-ci il, İQNA ilə müsahibəsində dedi: İran İslam Respublikasının İsfahan şəhərinin xalça şirkətlərindən birinin hazırladığı "Avropanın ən böyük xalçası" Cümə günü, 8 Sentyabr 2017-ci il, "Avropa Ölkələrinin Beşinci Quran Yarışları" çərçivəsində sərgiyə qoyulacaqdır.

Avropanın ən böyük İslami Mərkəzinin müdiri dedi: Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin ümumi ərazisi bir hektardır, mərkəzin binası 4 min kv.metr özül üzərində qurulmuşdur ki, bu binanın toplantı salonunun sahəsi 800 kv.metdir və bu xalça da mərkəzin salonu üçün sifarişlə hazırlanmışdır.

Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin müdiri Höccətul- İslam vəl-müslimin Həkim İlahi vurğuladı: Sahəsi 700 kv.metr olan bu xalça 3 ay müddətində İsfahanın "Qaliye Süleyman" (Süleymanın xalçası) şirkəti tərəfindən hazırlanmışdır və "Avropa Ölkələrinin Beşinci Quran Yarışları" ilə eyni zamanda keçiriləcək "İslam sevgi və incəsənətsevər din" devizi ilə keçiriləcək sərgidə nüyamyiş olunacaqdır.

Höccətul- İslam vəl-müslimin Həkim İlahi sonda bu mərkəzin yandırılması və dəyən ziyanlara işarə edərək dedi: Mərkəzin yenidən əvvəlki vəziyyətə qaytarılmasına xeyyirlər çoxlu kömək etdilər, o cümlədən bu xalçanın hazırlanmasında Həzrət Ayətullah Üzma Sistaninin Qum şəhərindəki dəftərxanası yaxından həmkarlıq etdilər. Buna görə də Ayətullahın Qumdakı nümayəndəsi və dəftərxanasının rəisi Seyid Cavad Şəhristaniyə təşəkkür edirik.

O sonda vurğuladı: Bu mərkəzin yenidən əvvəlki vəziyyətə qaytarılması və hətta irəli gedərək Avropanın ən böyük xalçasının bu mərkəzə gətirilməsi avropalılara bu mesajı verir ki, İslam sülh və dostluq dinidir, həmçinin İslam düşmənləri heç bir vasitə ilə müsəlmanların ruhiyyəsini zəiflədə bilməyəcək.

http://www.iqna.ir/fa/news/3639549










captcha