IQNA

İordaniyalı azyaşlı oğlan bütün Quranı bir gündə xətm etdi

2:10 - November 01, 2017
Xəbər sayı: 3482332
İordaniyalı azyaşlı Quran hafizi İbrahim ibn Fövzi Əkayə bütün Quran-Kərimin bütün ayələrini bir gündə, birdəfəyə və bir məclisdə hifzdən qiraət və xətm etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın Tüfeylə əyalətindən olan azyaşlı Quran hafizi İbrahim ibn Fövzi Əkayə bütün Quran-Kərimin bütün ayələrini bir gündə, birdəfəyə və bir məclisdə hifzdən qiraət və xətm etdi.

Əyalətin məscidində keçirilən Quranla üns məclisində iştirak edən azyaşlı Quran hafizi İbrahim ibn Fövzi Əkayə öz hafizəsinə söykənərək bütün Quran ayələrini camaatın hüzurunda və heç bir dəfə də yanılmadan və Quranın üzünə baxmadan qiraət və xətm etdi.

Qeyd edək ki, Quran sahəsində bu cür istedadların sayı çox azdır və İbrahim digərlərinə də bu işdə nümunə olacaq bir Quran hafizidir.

http://iqna.ir/fa/news/3658596


Teqlər: iqna ، quran ، hifz ، İordaniya ، azyaşlı hafiz
captcha