IQNA

Qazaxıstanda “dinlər otağı” təsis edildi

23:25 - December 10, 2017
Xəbər sayı: 3482491
Qazaxıstanın Avrasiya Universitetinin Sosial Elmlər Fakültəsində İranın Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Məsud Şeyx Zeynuddinin iştirakı ilə “dinlərin araşdırılması otağı” təsis edilib.

Qazaxıstanda “dinlər otağı” təsis edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə,

Qazaxıstanın Avrasiya Universitetinin Sosial Elmlər Fakültəsində İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Məsud Şeyx Zeynuddinin iştirakı ilə “dinlərin araşdırılması otağı” təsis edilib.

Qazaxıstanın “dini araşdırmalar otağı”nın açılışı “müstəqillik və mədəni irs” dəyərmi masası keçirilməklə baş tutub.

Dekabr ayının 7-də keçirilən dəyərmi masada İran İslam Respublikasının Qazaxıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Məsud Şeyx Zeynuddin, Qazaxıstanın Avrasiya universitetinin ictimai və mədəni işlərin genişləndirilməsi üzrə rəis müavini Dehqan Həmzəbəyoğlu, Qazaxıstanın sosial mədəniyyət və dini işlər nazirliyinin nəzdində fəaliyət göstərən dini məsələlərin təhlili mərkəzi, dinlərarası danışıqların beynəlxalq mərkəzi, dini mədəniyyət komitəsi, Astana şəhərinin dinlər işlər idarəsi, Türkiyənin Qazaxıstandakı səfirinin nümayəndəsi və Avrasiya universitetinin müəllim və şagirdləri iştirak ediblər.  

Qazaxıstanın Avrasiya universitetinin ictimai və mədəni işlərin genişləndirilməsi üzrə rəis müavini Dehqan Həmzəbəyoğlu çıxışında dedi: İSTİQLAL qiymətli və çox dərin mənalı bir məfhumdur ki, bizim əcdadlarımız müstəqlik uğurunda çox zəhmətlər çəkiblər və bu yolda candan keçiblər.

İran İslam Respublikasının Qazaxıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Məsud Şeyx Zeynuddin müasir dövrdə dindən radikalizmdə istifadə məsələsinə işarə edərək dedi: Radikalizmin nütfəsini SSR-nin Əfqanıstanda müharibəsi zamanı bu regionda əkdilər. Bəzi müsəlmanlar cihad adı ilə Əfqanıstana girdilər və burada öyrəndikləri təkfirçiliyi özləri ilə ölkələrinə apardılar.

O vurğuladı: Radikalizmlə mübarizənin təkcə yolu Qurani-Kərimə sarılmaqdır və həmçinin cəmiyyətdə bu fikri formalaşdırmaq lazımdır ki, dinlərini təkcə dünşünas alimlərdən öyrənsinlər. Çünki onlar həqiqi İslami dəyərləri yalandan dəyər kimi təqdim olunandlardan seçə bilirlər.  

Məsud Şeyx Zeynuddin çıxışının sonunda bildirdi ki, İran İslam Respublikasının din alimləri yeni təsis edilmiş “dini araşdırmalar otağı”nda radikalizmlə mübarizə yollarını araşdırmağa və digər ölkələrin din alimləri ilə müzakirəyə hazırdırlar.

http://iqna.ir/fa/news/3670954  


 

 

captcha