İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin Sincan əyalətinin dövlət rəsmiləri Pekənin "təlim mərkəzi" adlandırlığı müsəlmanların məcburi saxlanıldığı təlim düşərgələrinin tədricən ləğv ediləcəyini deyib.
Çinin Sincan əyalətinin qubernatoru Şöhrət Zəkir dünən, həftənin ikinci günü, 12 Mart 2019-cu il, keçirdiyi mətbuat konfransında deyib: Bu düşərgələr cəmiyyətin ona ehtiyacı olmadığı zaman tamamilə yığışdırılacaq.
Sincan əyalətinin qərbində yerləşən "məcburi düşərgə"nin sakinləri burada vəziyyətin çətin və acınacaqlı olduğunu və müsəlman azlıqların işkəncələrə məruz qaldığını deyirlər.
Beynəlxalq İnsan Haqları Təşkilatlarının hesabatına görə bu düşərgələrdə bir milyon nəfər civarında uyğur və kazak müsəlman azlığ saxlanılır.
Sincanın qubernatoru isə bu iddianın yalan olması, düşərgələrdə bir milyondan çox az adam olmasını iddia edərək deyib: Bu düşərgələrdə heç bir xüsusi din hədəfə alınmayıb. Əlbəttə bu düşərgələrdə dini fəaliyyətlər qadağandır.
O əlavə edib: Biz kamil şəkildə dini azadlıqları bərpa edəcəyik və müsəlmanları halal qida ilə təmin edəcəyimizə zəmanət veririk.
Düşərgə sakinləri isə deyirlər ki, buradakıların əksəriyyəti müsəlmanlardır.