IQNA

Yeni Zelandiyada yaşayan azərbaycanlı: ‘Məscidlərə hücum açıq-aydın ekstremist tərəfindən törədilib’

14:12 - March 15, 2019
Xəbər sayı: 3484843
"Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərə hücum zamanı azərbaycanlılardan heç kim zərər çəkməyib". - Yeni Zelandiyadakı Azərbaycan diasporunun üzvü Tofiq Məmmədli məlumat verib.

Yeni Zelandiyada yaşayan azərbaycanlı: ‘Məscidlərə hücum açıq-aydın ekstremist tərəfindən törədilib’İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az"a istinadla verdiyi xəbərə görə, "Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərə hücum zamanı azərbaycanlılardan heç kim zərər çəkməyib". - Yeni Zelandiyadakı Azərbaycan diasporunun üzvü Tofiq Məmmədli məlumat verib.

"Ehtimal ki, hücum edən şəxs 70 nəfəri öldürüb, amma hələlik 40 nəfərin öldürüldüyü təsdiqlənib. O, terror qruplaşmasının üzvüdür, Avstraliyadan Yeni Zelandiyaya məhz bu məqsədlə gəlib", - T.Məmmədli deyib.
Həmyerlimizin sözlərinə görə, ölkədə vəziyyət olduqca gərgindir. O, hücumun açıq-aydın ekstremist tərəfindən həyata keçirilməsi ilə əlaqədar bütün məscid və məktəblərin təhlükəsizliyə görə bağlandığını bildirib.
"Polis hesab edir ki, hücumda, təxminən, 10 nəfərin əli olub, amma hələlik 4 nəfər həbs edilib", - diaspor fəalı söyləyib.
"Hücum çox sürətlə baş verib. Hazırda Yeni Zelandiya Baş naziri vəziyyəti aydınlaşdırmaq üçün güc strukturları və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirir", - T.Məmmədli vurğulayıb. O, ölkədə sakinlərin hücumların təkrarlanmasından qorxduğunu da diqqətə çatdırıb.
Teqlər: iqna ، yeni zelandiya ، terror
captcha