IQNA

Londonda namazqılanlara hücum edildi

9:47 - March 16, 2019
Xəbər sayı: 3484848
Yeni Zelandiyada iki məsciddə müsəlmanlara qarşı törədilən vəhşi terror aktından sonra Londonda da məsciddən çıxan namazqılanlara hücum edilib. Hadisə zamanı 27 yaşlı bir nəfər ölümcül yaralanıb.

Londonda namazqılanlara hücum edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yeni Zelandiyada iki məsciddə müsəlmanlara qarşı törədilən vəhşi terror aktından sonra Londonda da məsciddən çıxan namazqılanlara hücum edilib.

Dünən, həftənin Cümə günü, 15 Mart 2019-cu il, İngiltərənin paytaxtı Londonda məsciddə namazlarını qılıb çıxan müsəlmanlara üç nəfər radikal irqçi hücum edib. Bu hücumda 27 yaşlı bir müsəlman cavan başından ölümcül yaralanıb.

Bu üç nəfər radikal irqçi məscidin önündən maşınla keçərək islamofob şüarlar səsləndiriblər. Müsəlmanlar onlara etiraz etdikdə onlar maşından düşərək namazıqılanlara çəkiclə hücum ediblər.

London polisi bildirib ki, müsəlmanlara hücum edən radikallar polis həmin yerə çatmamışdan öncə maşınların minərək hadisə yerini tərk ediblər.

Qeyd edək ki, Londonda baş verən bu hadisə Yeni Zelandiyada 49 nəfərin ölümü ilə nəticələnən vəhşi terror hücumundan bir neçə saat sonra baş verib.  

http://iqna.ir/fa/news/3798102

captcha