IQNA

Nigeriyada Quran yarışlarının seçim mərhələsi keçiriləcək

8:32 - March 17, 2019
Xəbər sayı: 3484855
Türkiyənin Beynəlxalq Qurani-Kərim yarışlarında iştirak edəcək Nigeriyanın nümayəndələri bu gün, həftənin Bazar günü, 17 Mart 2019-cu il, keçiriləcək seçim yarışlarından sonra məlum olacaq.

Nigeriyada Quran yarışlarının seçim mərhələsi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Beynəlxalq Qurani-Kərim yarışlarında iştirak edəcək Nigeriyanın nümayəndələri bu gün, həftənin Bazar günü, 17 Mart 2019-cu il, keçiriləcək seçim yarışlarından sonra məlum olacaq.

Nigeriyanın milli Quran yarışları cari həftənin Cümə günü (15 Mart 2019) Əbuca şəhərinin Cümə məscidində doxsan nəfərin iştirakı ilə başlayıb.

Nigeriyanın İslamın Təbliği Müəssisəsi (İPİN) və Türkiyənin Diyanət İşləri Bakanlığı tərəfindən keçirilən bu yarışlarda beynəlxalq Quran yarışlarına qatılacaq qari və hafizlər seçiləcək.

Məhəmməd Kəbir Adəm - Nigeriyanın İslamın Təbliği Müəssisəsi (İPİN) rəisi, 4-cü milli Quran yarışlarının açılış mərasimində deyib: Bu yarışlar Qurani-Kərimin qiraəti və hifzinin yayılması istiqamətində atılmış addımlardan biridir.

Bu yarışların beş ixtisas üzrə qalibləri olan xanımlar Nigeriyanın Kanu əyalətində keçiriləcək milli Quran yarışlarına və kişilər isə Türkiyənin May ayında keçiriləcək beynəlxalq Quran yarışlarına vəsiqə qazanacaqlar.    

http://iqna.ir/fa/news/3798225  

captcha