IQNA

Suriyanın 8 illik böhranı roman oldu

22:43 - March 18, 2019
Xəbər sayı: 3484862
O, bir müddət Dəməşqdə müəllim işləmişdir. Suriyanın Roman və dastan yazanlar birliyinin üzvüdür. Onun bəzi əsərləri İngilis, Fransız, Alman, Fars, Çin və Erməni dillərinə tərcümə edilmişdir.

Suriyanın 8 illik böhranı roman olduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyada gedən səkkiz illik müharibə və davam edən böhran barədə roman yazıldı.

Romanı fələstinli roman yazarı və bədii əsərlərin tənqidçisi Həsən Həmid qələmə almışdır.

Uzun müddət Dəməşq şəhərində müəllim işləmiş Həsən Həmid Suriya barədə yazdığı romanı

-لاتبك ..يا بلدي الحبيب  –

 "Ağlama … ey mənim sevimli vətənim" adlandırmışdır.  

Həsən Həmid 1955-ci ildə işğalda olan Fələstin torpağının Səfd şəhərinin "Kəradil-Biqarə" şəhərində anadan olub. Təhsilini Qneytərədə başlamış, Dəməşqdə davam etmiş və 2002-ci ildə Beyrutda başa vurmuşdur. Fəlsəfə, Sosiologiya və Ərəb dili və ədəbiyyatı üzrə müxtəlif dərəcəli ixtisaslara yiyələnmişdir.

O, bir müddət Dəməşqdə müəllim işləmişdir. Suriyanın Roman və dastan yazanlar birliyinin üzvüdür. Onun bəzi əsərləri İngilis, Fransız, Alman, Fars, Çin və Erməni dillərinə tərcümə edilmişdir.

Həsən Həmid indiyədək müxtəlif mükafatlar almış, həmçinin Ərəb Ədəbiyyatının məşhur "Nəcib Məhfuz Mükafatı"na layiq görülmüşdür.  

Müəllif 2018-ci ildə 340 səhifədə çap və nəşr edilən "Ağlama... ey mənim sevimli vətənim" əsərində Suriya xalqının yaşadığı 8 illik müharibə həyatını və bu illərdəki müxtəlif böhranları bədii dil ilə və qısa dastanlar formatında canlandırmışdır.

Romanda Suriyanın böhranının başlanması səbəbləri, nəticələri, yadellilərin işğalı, bu hadisələrin dini məsələlər ilə bağlılığı, dini məkanlar, qətllər və patlayışlar və qaçqınlar kimi məsələlər işıqlandırılmışdır.

Kitabdakı bəzi dastanların adları ibarətdir: Rüşdü Əlbeyk, İrani 1 və 2, Həmdətus-Səyyad, Doktor Əbud Nayif, Şükrüyyə.  

Qeyd edək ki, Həsən Həmidin indiyədək "Allah şəhəri", Ney naləsi, Yəqubun qızları körpüsü, Ölülərin qovğası, Evə qayıdış, Sübhün qürubu, Yağış, qəm və rəngli yataq, Qırmızı qərənfil, Onun üçün, Söz qıdırması, Gəl payız yarpaqlarını uçurdaq və s... əsərləri çap və nəşr edilmişdir.

http://iqna.ir/fa/news/3794518

بازنمایی 8 سال بحران سوریه در قالب یک رمان 

بازنمایی 8 سال بحران سوریه در قالب یک رمان 

بازنمایی 8 سال بحران سوریه در قالب یک رمان

بازنمایی 8 سال بحران سوریه در قالب یک رمان

 

captcha