İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin "23-cü Dubay Mükafatı Beynəlxalq Quran Yarışları" öz işini yekunlaşdıraraq dünən gecə (19 May 2019) qalibləri elan edərək və mükafatlandıraraq yekun mərasimi keçirib.
Liviyalı yarışçı Məas Əmir bin Həmid Quranın hifzi ixtisası üzrə birinci yeri tutub və 250 min dirhəm mükafatı qazanıb. Quranın hifzi üzrə ikinci yeri Mərakeşdən Əhməd Əçiri və Nigeriyadan İbrahim Mazo bölüşdürüblər. Onlara 200 min dirhəm mükafat verilib.
Amerika, Tunis, Suriya, Əlcəzayir, Kenya, Bəhreyn və Ərəbistan nümayəndələri sonrakı yerləri bölüşərək hər birinə 50 min dirhəmdən 65 min dirhəmədək mükafat əldə ediblər.
Bu yarışda iştirak edərək 80-dan yuxarı imtiyaz qazananların hər birinə 30 min dirhəm, 70-dən 79-dək imtiyaz toplayanların hər birinə 25 min dirhəm və digər iştirakçıların hər birinə 20 min dirhəm hədiyyə verilib.
Qeyd edək ki, 1997-ci ildən keçirilən bu yarışlarda bu il dünyanın 160 ölkəsindən nümayəndə iştirak edib. Yarışda iştirak edən Quran hafizlərinin yaşı 6-dan 21-dək olub.