IQNA

Keşmirdə "Ramazan Festivalı" Quran yarışları keçiriləcək

12:26 - May 22, 2019
Xəbər sayı: 3485174
Hindistanın Kəşmir əyalətinin Beynəlxalq Konfrans Mərkəzində (SKİCC) mübarək Ramazan ayı münasibəti ilə "Ramazan Festivalı" Qurani-Kərim yarışları keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, May ayının 25 və 26-da Hindistanın Kəşmir əyalətinin Beynəlxalq Konfrans Mərkəzində (SKİCC) mübarək Ramazan ayı münasibəti ilə "Ramazan Festivalı" Qurani-Kərim yarışları keçiriləcək.

Bu yarışlar hər il mübarək Ramazan ayında Səringər Həcc və Ömrə Ziyarəti Şirkətləri tərəfindən və Kəşmir Mədəniyyət Təşkilatının həmkarlığı ilə Hindistanın şəhərlərindən birində keçirilir.

Hindistanın "Ramazan Festivalı" Qurani-Kərim yarışlarına qatılanlar Quranın peşəkar qiraəti, mədhiyyəçilik və Azan demək ixtisasları üzrə rəqabət aparırlar.

Hər bir ixtisas üzrə yarışların qaliblərinə göstərilən ardıcıllıqla 20 min (qiraət), 35 min (mədhiyyəçilik) və 50 min (azan) rupi mükafat veriləcək.

http://iqna.ir/fa/news/3813415

captcha