IQNA

Əlcəzayirdə beynəlxalq Quran yarışları başladı

9:08 - May 26, 2019
Xəbər sayı: 3485192
Əlcəzayirin 16-cı Quran hifzi və İslami İrsin Dirçəldilməsi beynəlxalq yarışlarında 48 müsəlman ölkəsi və bir neçə qərb ölkəsinin müsəlman azlıqlarının nümayəndələri iştirak edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "radioalgerie.dz" informasiya portalına istinadla verdiyi xəbərə görə, Əlcəzayirin 16-cı beynəlxalq Qurani-Kərim yarışları, dünən, həftənin Şənbə günü, 25 May 2019-cu il, günün ikinci yarısında öz işinə başlayıb.

Əlcəzayirin 16-cı Quran hifzi və İslami İrsin Dirçəldilməsi beynəlxalq yarışlarında 48 müsəlman ölkəsi və bir neçə qərb ölkəsinin müsəlman azlıqlarının nümayəndələri iştirak edir.

Əlcəzayirin İslami Fondlar və Din İşlər Nazirliyinin "Quran Təlimi İdarəsi"nin müdiri Məsud Miyad Quran radiosu ilə müsahibəsində deyib: Yarışların ilk üç günü Qurani-Kərimin tərtil ilə oxunuşu və hifzi ixtisası üzrə iştirak edənlər yarışacaqlar.

O əlavə edib: Qaliblər Qədr gecəsi münasibəti ilə mübarək Ramazan ayının 27-də mükafatlandırlacaqlar. Yarışlarda iştirak edən 15 yaşından aşağıların hamısına onları tilavət və hifzə həvəsləndirmə məqəsədi ilə hədiyyələr veriləcək.   

http://iqna.ir/fa/news/3814614

captcha