IQNA

”Əsrin sövdələşməsi” adlı plan heç vaxt nəticəyə çatmayacaq

12:43 - June 05, 2019
Xəbər sayı: 3485279
Ayətullah Xamenei: ”əsrin sövdələşməsi” adlı plan heç vaxt nəticəyə çatmayacaq. O həzrət bu plana qarşı çıxdıqlarını elan etmiş ərəb ölkələrinə, həmçinin fələstinli qruplara təşəkkür ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Tehranda İmam Xomeyni(r.ə.) adına müsəllada keçirilən səadətli fitir bayramı namazının xütbələrində bu böyük bayram münasibətilə İslam Ümmətini və İran xalqını təbrik edərək, Fələstin məsələsini və Amerikanın ”əsrin sövdələşməsi” adı altındakı xaincəsinə planını İslam Dünyasının birinci dərəcəli məsələlərindən adlandırıb və belə qeyd ediblər: Bəhreyn və Ərəbistan kimi bəzi islami ölkələrin xəyanətləri belə bir xəbiscəsinə plana zəmin yaradıbdır.

Həzrət Ayətullahuluzma Xamenei Bəhreynin ”əsrin sövdələşməsi” adlı plan üzrə iqtiadi iclasa ev sahibliyi etməsinə toxunaraq, deyiblər: Bu iclas amerikalılara aiddir, amma Bəhreyn hökmranları özlərinin anti-İslam və anti-xalq ruhiyyələri, həmçinin zəiflik və acizlikləri ilə bu iclasa ev sahibliyi edərək, onu təmin ediblər. Bəhreyn və səud hökmranları bilməlidirlər ki, hansı bir bataqlığa qədəm qoyublar.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin əzəmətli Qüds günü yürüşündəki iştirakına görə, İran xalqına səmimi qəlbdən təşəkkür edərək, deyiblər: Xalqın bu böyük hərəkətdə güclü və möhkəm iştirakı İran xalqının düşmənlərinin iradələrində və dünya siyasətlərində olduqca təsirlidir və onların hesablamalarına xələl gətirir.

Həzrət Ayətullahuluzma Xamenei İranda genişlənməkdə olan və mübarək ramazan ayında da diqqətəlayiq olmuş xalq yardımları daxil olmaqla mübarək islami adət-ənənələrin bəzilərinə işarə edərək buyurublar: Məscidlər, hüseyniyyələr və ümumi məkanlarda sadə iftar süfrələrinin təşkilinə kömək üzrə günü-gündən artan xalq təmayülü, həmçinin xalqın seldənzərərçəkənlərə Ramazan yardımı, bu xeyirxah və xəlqi hərəkətlərdəndir.

http://iqna.ir/fa/news/3817282

captcha