İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Ontario əyalətinin mərkəzi şəhəri Toronto cari ildə keçiriləcək beynəlxalq Qurani-Kərim yarışlarına evsahibliyi edəcək.
Toronto Beynəlxalq Qurani-Kərim yarışları dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin iştirakı ilə Quranın hifzi və peşəkar qiraəti ixtisasları üzrə Avqust ayının 29-dan 31-dək keçiriləcək.
Torontonun "The Abu Huraira Center" toplantı zalında keçiriləcək Quran yarışlarında iştirak edən Quran hafizləri Qurani-Kərimin 5 cüz, 10 cüz, 20 cüz və bütöv hifzi üzrə rəqabət aparacaqlar.
Bu yarışların keçən turu dünyanın 16 ölkəsinin iştirakı ilə keçən ilin Dekabr ayında keçirilmiş və qaliblərə 90 min dollar mükafat verilmişdi.
http://iqna.ir/fa/news/3817861