IQNA

Almaniyanın Leypsiq şəhərində İslam tarixi ilə tanışlıq

10:56 - June 18, 2019
Xəbər sayı: 3485338
Dünyanın bir tərəfində sağçı radikallıq və digər tərəfində radikal məzhəbçilik (İŞİD, vəhabilik, sələfilik) yayıldığı bir vaxtda bu sərgi çalışır ki, insanlara həqiqi İslam maarifini çatdırsın.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Saksonya əyalətinin Leypsiq şəhərində "Müsir İncəsənətdə İslamın Tanınmamış Tarixi" sərgisi keçirilir.

Cari ilin Aprel ayının 27-də başlayan bu sərgi bu günlərdə də davam edir. Sərginin Avqust ayının 4-də öz işini yekunlaşdıracağı gözlənilir.

Avropa ölkələri medialarında İslam və müsəlmanlardan insanların zehnində çox qaranlıq bir təsvir, məzhəbçilik və zorakılıq siması yaradılıb. Avropalılar elə bilirlər ki, İslam və modernizm (aydınlatma əsri) bir-birinə qarşıdır.

Dünyanın bir tərəfində sağçı radikallıq və digər tərəfində radikal məzhəbçilik (İŞİD, vəhabilik, sələfilik) yayıldığı bir vaxtda bu sərgi çalışır ki, insanlara həqiqi İslam maarifini çatdırsın.

Sərgidə şərq və qərb mədəniyyəti əlaqələri, İslam incəsənətinin zəngin irsi və müsəlmanların mədəniyyət əsərləri rəssamlıq, film, foto və digər vasitələrlə canlandırılıb.    

http://iqna.ir/fa/news/3820175

captcha