IQNA

HƏMAS lideri razılaşma üçün atılmalı 4 addımı açıqlayıb

9:04 - June 22, 2019
Xəbər sayı: 3485361
İslami Müqavimət Hərəkatı Siyasi Büro sədri İsmayıl Haniyə bütün fələstinli qruplarla Fələstin dövləti qurulması gözləntilərinin və haqların qorunmasını təmin edəcək ortaq bir zəmin axtardıqlarını deyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Büro sədri İsmayıl Haniyə bütün fələstinli qruplarla Fələstin dövləti qurulması gözləntilərinin və haqların qorunmasını təmin edəcək ortaq bir zəmin axtardıqlarını deyib.

Xarici mətbuat yayım orqanlarının nümayəndələriylə Qəzzada bir araya gələn Haniyə HƏMAS-ın demokratik seçki ilə iqtidar olduğunu və çoxpartiyalı demokratik sistemə, hakimiyyətin dinc yollarla dəyişdirməli olduğuna inandığını qeyd edib.

HƏMAS-ın prioritetinin Fələstində birlik və bütövlüyün təmin olunması olduğunu açıqlayan Haniyə bu məsələdə ciddiliyini dəfələrlə göstərdiyini bildirib.

HƏMAS-ın razılaşma üçün konstitusion hüququndan imtina edərək, razılaşma hökumətini qəbul etdiyini xatırladan Haniyə "Fəth"in və Fələstin rəhbərliyinin isə razılaşma məsələsində lazımi ciddiliyi göstərmədiyinə diqqət çəkib.

Razılaşmanın dörd addımda reallaşmalı olduğunu qeyd edən Haniyə sözügedən dörd addımı bu şəkildə açıqlayıb: 1. İordan çayının qərb sahili və Qəzza zolağındakı qurumların birləşdirilməsi. 2. Parlament, prezident və milli şura seçkilərinin keçirilməsi. 3. Milli birlik hökumətinin qurulması. 4. Bütün fələstinli qrupların iştirakı ilə Fələstin Qurtuluş Təşkilatının yenidən qurulması.

Haniyə Fələstin Muxtariyyəti başçısı Mahmud Abbasa səslənərək, Qəzzaya səfər etməsini və Qəzza əhalisiylə bir araya gələrək, danışmasını istəyib.

HƏMAS lideri yekun hədəflərinin işğala və Fələstin xalqının çəkdiyi sıxıntılara son verərək, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qurmaq olduğunu deyib.

captcha