IQNA

Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı

9:31 - June 22, 2019
Xəbər sayı: 3485364
"27-ci "Haşimi" beynəlxalq Quran hifzi və qiraəti yarışlarının yekun və qaliblərin mükafatlandırılması mərasimi İyun ayının 20-də paytaxt Omanın İslam Mədəniyyəti Mərkəzinin toplantı zalında keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın 34 ölkəsindən 36 nəfərin iştirakı ilə keçirilən İordaniya 27-ci beynəlxalq Qurani-Kərim yarışları başa çatıb.

İordaniyanın kişilər arasında keçirilən "27-ci "Haşimi" beynəlxalq Quran hifzi və qiraəti yarışlarının yekun və qaliblərin mükafatlandırılması mərasimi İyun ayının 20-də paytaxt Omanın İslam Mədəniyyəti Mərkəzinin toplantı zalında keçirilib.

Mərasimdə İordaniyanın padşahının qardaşı Feysəl ibn Hüseyn, İordaniyanın İslami İşlər Fondu naziri Əbdünnasir Əbulbəsəl, ölkənin baş müftisi, baş qazisi, şahlıq divanının rəisi, milli məclisin rəisi, alimlər, xarici ölkələrin səfirləri və diplomatları və digər tanınmış şəxsiyyətlər iştirak ediblər.

İordaniya 27-ci beynəlxalq Qurani-Kərim yarışlarının hakimlər heyətinin üzvü Süməyh Xalid Əhməd Osmanə İQNA ilə müsahibəsində deyib: Banqladeş, Qətər, Bəhreyn, Misr və Ərəbistanda olan iştirakçılar yarışların ilk beş yerini bölüşüblər.

http://iqna.ir/fa/news/3821143

captcha