IQNA

Özbəkistan alimləri Quranın mənzum tərcüməsini təsdiq etdilər

18:16 - June 22, 2019
Xəbər sayı: 3485367
İranlı şair və mütərcim Ümid Məcdin Farsca nəzmə çəkilmiş Quran nüsxəsinin Özbək dilinə tərcüməsi bu ölkənin dinşünas və dilçi alimləri tərəfindən təsdiq edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İranlı şair və mütərcim Ümid Məcd Qurani-Kərimin ayələrini Farsca şerlə nəzmə çəkib və mənzum tərcümə yaradıb.

İranlı şair və mütərcim Ümid Məcdin Farsca nəzmə çəkilmiş Quran nüsxəsinin Özbək dilinə tərcüməsi bu ölkənin dinşünas və dilçi alimləri tərəfindən təsdiq edilib.

Ümid Məcdin Fars dilində nəzmə çəkdiyi Quran nüsxəsini Özbəkistanlı mütərcim Alimcan Buriyev Özbək dilinə tərcümə edib.  

Alimcan Buriyevin tərcüməsi Özbəkistanın din alimləri və dini idarəsi tərəfindən çap üçün müvafiq rəyi ala bilib.

Öbəkcəyə tərcümə edilmiş mənzum Quranı Özbəkistanın din alimi və Quran tərcüməçisi Əbdüləziz Mənsur təsdiq və təyid edib. Habelə bu tərcüməyə bir neçə səhifə dərkənar və haşiyə yazıb.

http://iqna.ir/fa/news/3821287

Teqlər: iqna ، özbək dili ، mənzum Quran ، nəzm
captcha