IQNA

Əhli-Beyt (ə) İmam Xomeyni (r.ə) kəlamında

0:57 - June 23, 2019
Xəbər sayı: 3485370
İmam Xomeyninin (r.ə) Əhli-Beytin (ə) ibadət, itaət, əxlaq, siyasət, hakimiyyət, təfsir və irfanı barədə nəzərlərini ehtiva edən bu kitab 355 səhifədə çapdan çıxıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın "əl-Hüda" dini elmi hövzə araşdırmalar mərkəzi İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə "İmam Xomeyninin (r.ə) kəlamında Əhli-Beyt (r.ə)" adlı kitabı çap və nəşr edib.

İmam Xomeyninin (r.ə) Əhli-Beytin (ə) ibadət, itaət, əxlaq, siyasət, hakimiyyət, təfsir və irfanı barədə nəzərlərini ehtiva edən bu kitab 355 səhifədə çapdan çıxıb.

Bu kitab hazırda bütün müsəlmanların, xüsusi ilə də İraq və digər Ərəb ölkələrinin əxlaq, irfan və siyasət baxımından həqiqi İslam və Əhli-Beyt (ə) məktəbinə qayıtması üçün elmi sərvətdir.

http://iqna.ir/fa/news/3821442

captcha