IQNA

İraq parlamenti: Fələstinə dəstəyimiz davam edəcək

7:44 - July 17, 2019
Xəbər sayı: 3485524
İraq parlamentinin rəisi Fələstinlilərin Bəhreyn iqtisadi konfransını boykot etməsini alqışlayaraq deyib: İraqın siyasi və iqtisadi vəziyyətinin yaxşılaşması Fələstinin də güclənməsinə səbəb olacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Ramallahda yerləşən dövlətin baş naziri Məhəmməd Əştiyə İyul ayının 16-da İraqa səfər edib.

Fələstin dövlətinin baş naziri Məhəmməd Əştiyə bu səfər çərçivəsində İraqın parlament rəisi Məhəmməd Həlbusi ilə Bağdadda görüşüb.

Tərəflər bu görüşdə Fələstinin son durumunu, İraqda yaşayan Fələstinlilərin vəziyyətinin yaxşılaşdırılmasını və onlara vətənlərinə dönüncəyədək himayə olunması məsələsini müzakirə ediblər.

Fələstinin baş naziri Məhəmməd Əştiyə Fələstin xalqının hüquqlarını bölgədə və beynəlxalq səviyyədə müdafiə etdiyi üçün İraq dövlətinə öz təşəkkürünü bildirib.

İraq parlamentinin rəisi Məhəmməd Həlbusi Fələstinlilərin Bəhreyn iqtisadi konfransını boykot etməsini alqışlayaraq vurğulayıb ki, İraqın siyasi və iqtisadi vəziyyətinin yaxşılaşması Fələstinin də güclənməsinə səbəb olacaq.

O vurğulayıb: İraq dövləti Fələstin dövləti və xalqına dəstəyini həmişə davam etdirəcək.     

http://iqna.ir/fa/news/3827565

Teqlər: İraq ، parlament ، fələstin ، baş nazir ، iqna
captcha