IQNA

Qeyri-müsəlmanlar məscidi müdafiə etdilər

8:09 - July 17, 2019
Xəbər sayı: 3485525
Qeyri-müsəlmanların məscidin ətrafına toplaşmasından sonra şəhər polisi məscidə hörmətsizlik edən şəxslərin axtarışa verildiyini, amma bu barədə şübhəli qismində saxlanılanların olmadığını deyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) " globalnews" informasiya portalına istinadla verdiyi xəbərə görə, keçən həftənin Cümə günü (12 İyul 2019) Kanadanın Ontaryo əyalətinin Oven Sound rayonunun İslam Mərkəzinin məscidinə namaz qılmağa gedən müsəlmanlar məscidin qapı və divarlarının yumurta və mayonez ilə bulaşdırıldığının şahidi olublar. Eyni hadisə həmin günün sabahı (Şənbə, 13 İyul 2019) baş verib.   

Kanadanın Ontaryo əyalətində məscidə qarşı təxribatçı hadisənin ardınca onlarla qeyri-müsəlman məscidi qorumaq və müdafiə etmək üçün hazır olduqlarını elan edərək öncədən bu iş üçün təyin edilən yerə toplaşdılar.

Qeyri-müsəlmanların məscidin ətrafına toplaşmasından sonra şəhər polisi məscidə hörmətsizlik edən şəxslərin axtarışa verildiyini, amma bu barədə şübhəli bilinənlərin olmadığını deyib.

İslam Mərkəzinin sözçüsü Vəlid Əsləm bu barədə deyib: Hadisənin birinci günü bu məsələ camaata təəccüblü gəldi. Amma yeni hadisənin sonrakı gün də baş verməsi, insanları təşvişə salıb. Onlar Yeni Zelandiyadakı kimi bir hadisənin baş verəcəyindən və kiminsə məscidə silahlı basqın edəcəyindən qorxurlar. Hadisə ikinci dəfə baş verəndən sonra Şam və Xüftən namazları üçün məscidə namaz qılmağa gələnlərin sayı azalıb.

O əlavə edib: Biz hələ də qorxu içindəyik, amma yenə də məsciddə fəaliyyətimizi davam etdirəcəyik.

Vəlid Əsləm qeyri-müsəlmanların bu barədə mövqeyinə işarə edərək deyib: Məscidin ətrafındakı bu toplantı öncədən proqramlaşdırılmamışdı. Qeyri-müsəlmanların məscidi qorumaq üçün toplanması bizi heyrətləndirib.

Əsləm vurğulayıb: Bu hadisədən sonra Kanadanın Ontaryo əyalətinin Oven Sound rayonunda müxtəlif dinlərin davamçıları arasında həmrəylik və birlik yaradılması üçün əhali tərəfindən yeni fəaliyyətlər başladılıb.   

İslam Mərkəzinin sözçüsü Vəlid Əsləm bu cür hadisələrin məlumatsıqlıqdan irəli gəldiyini deyərək  məscidə hörmətsizlik edən insanlar üçün İslamla tanışlıq kurslarının keçirilməsini tövsiyə edib və bu işə özünün də hazır olduğunu bildirib.

Hadisədən sonra məscidi qorumaq üçün toplaşan qeyri-müsəlman insanlar məscidə dəvət olunublar ki, namazın qılınmasına tamaşa etsinlər.

http://iqna.ir/fa/news/3827406

captcha