İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyanın paytaxtı Vyana şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzində Həzrət Peyğəmbərin (s) vəfatı və Həzrət İmam Həsən Müctəbanın (ə) şəhadəti münasibəti ilə əzadarlıq və matəm mərasimi keçirilib.
Həftənin Şənbə günü (26 Oktyabr 2019) keçirilən əzadarlıq mərasimində Avstriyada yaşayan müsəlmanlar iştirak ediblər.
Matəm mərasimində İmam Əli (ə) adına İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Məhmud Nəzəri çıxış edib.
O, söhbətində Peyğəmbərin (s) əxlaqi xüsusiyyətlərinə və bütün bəşəriyyət üçün gözəl əxlaq nümunəsi olduğundan danışıb.