IQNA

50-dən çox müsəlmanı qətlə yetirmiş avstraliyalı terrorçuya hökm oxundu

0:47 - August 28, 2020
Xəbər sayı: 3487996
Tarrant 2019-cu il 15 martda iki məsciddə atışma törədərək 51 müsəlmanı qətlə yetirmiş, daha 50-dən çox müsəlmanı isə yaralamışdı. O, hücum anlarını canlı şəkildə internetdə yayımlayırdı.

Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə qanlı terror aktları törətmiş avstraliyalı Brenton Tarrant şərti-vaxtından əvvəl azadlığa çıxma hüququ olmadan ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edilir ki, bu, Yeni Zelandiya tarixində oxunmuş ilk bu cür hökmdür.

Xatırladaq ki, Tarrant 2019-cu il 15 martda iki məsciddə atışma törədərək 51 müsəlmanı qətlə yetirmiş, daha 50-dən çox müsəlmanı isə yaralamışdı. O, hücum anlarını canlı şəkildə internetdə yayımlayırdı. /3919373

captcha