IQNA

Azərbaycanda 135 nəfər koronavirusa yoluxdu, 2 nəfər dünyasını dəyişdi

19:52 - September 12, 2020
Xəbər sayı: 3488102
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) SəhərAzəri-yə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2006 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7351, bu günə qədər isə ümumilikdə 1002727 test icra olunub.

Teqlər: azərbaycan ، koronavirus ، iqna ، quran
captcha