IQNA

Sabah "Söz azadlığı və dinlərə hörmət" toplantısı keçiriləcək

10:13 - November 06, 2020
Xəbər sayı: 3488557
Tehran (IQNA)  - Sabah, həftənin Şənbə günü, 7 Noyabr 2020-ci il müxtəlif dinlərin beynəlxalq şəxsiyyət və simlarının iştirakı ilə "Söz azadlığı və dinlərə hörmət" virtual toplantı keçiriləcək.

Sabah, həftənin Şənbə günü, 7 Noyabr 2020-ci il müxtəlif dinlərin beynəlxalq şəxsiyyət və simlarının iştirakı ilə "Söz azadlığı və dinlərə hörmət" virtual toplantı keçiriləcək.

Toplantı İran Ali Dini Elmi Hövzələrinin "İslami Araşdırmalar və Şübhələrə Cavab Mərkəzi"nin təşəbbüsü, London İslam Mərkəzi və "Beynəlxalq Əhli-Beyt (ə) Birliyi"nin həmkarlığı ilə təşkil edilib.

Toplantıda son illərdə, xüsusi ilə də son günlərdə Avropa ölkələrində islamofobiyanın genişlənməsi, Fransada hətta rəsmi məqamlar səviyyəsində İslam dini, Quran və müsəlmanların təhqir edilməsi məsələsi müzakirə ediləcək.

Toplantıda Ümumdünya Əhli-Beyt (s) Cəmiyyətinin baş katibi Höccətul-İslam vəl-müslimin Rza Ramazani, İslam İnqilabı Rəhbərinin İngiltərədəki xüsusi nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyyid Haşim Musəvi və digər dinlərin nümayəndələri çıxış edəcəklər.

Toplantı sabah, günün birinci yarısında, yerli vaxtla saat 10:00-dan 12:00-dək Fars və İngilis dilində aşağıdakı sosial şəbəkələr vasitəsi ilə onlayn yayımlanacaq:

andisheqom.com

aparat.com/pasokhtv/live

instagram.com/pasokhtv/live   

/3933435

captcha