Suriyalı xəttat və hüsnxətt ustadı Əhməd Hazin Nəcib Qurani-Kərimin bütün surələrini dəst-xətti ilə üç il müddətində kitabət edib.
Suriyalı xəttat və hüsnxətt ustadı Əhməd Hazin Nəcib Suriyanın İdlib şəhərinin Millis kəndində yaşayır.
O, bir neçə il öncə Qurani-Kərimi öz dəst-xətti ilə yazmaq qərarına gəlir və bu mübarək işə başlayır. Üç ildən sonra Quranın bütün surələrinin kitabətini başa vurur.
Hüsnxətt ustadının özünün dediyinə görə, o, Qurani-Kərimdən hər gün üç səhifə kitabət edib. Hər səhifəni kitabət etmək üçün isə bir saatdan çox vaxt sərf edib.
Suriyalı xəttat və hüsnxətt ustadı Əhməd Hazin Nəcib bu işi (Quranı kitabət etməsini) Allahın ona hədiyyəsi hesab edir. /3935956