IQNA

Avstriyada məscidlərə hücum edilib

19:23 - June 02, 2021
Xəbər sayı: 3489966
Avstriyadakı müsəlmanları təmsil edən Avstriya İslam Dini İcması (IGGÖ) tərəfindən verilən yazılı açıqlamada paytaxtdakı bir çox məscidə bu lövhələr asıldığı açıqlanıb.

Avstriya hökumətinin müsəlmanları potensial cinayətkar kimi göstərən "İslami Xəritəsi" tətbiqetməsindən sonra paytaxt Vyanada bir çox məscidin yaxınlığında "Diqqət! Siyasi İslam yaxınlığında, daha çox məlumat üçün İslam Xəritəsinə" ifadələri yazılan lövhələr və üzərində saqqallı bir kişi şəkli əks olunub.  

Avstriyadakı müsəlmanları təmsil edən Avstriya İslam Dini İcması (IGGÖ) tərəfindən verilən yazılı açıqlamada paytaxtdakı bir çox məscidə bu lövhələr asıldığı açıqlanıb.  

Açıqlamada müsəlman qurumları haqqında ətraflı məlumatın paylaşıldığı "İslam Xəritəsi" adlı rəqəmsal xəritənin daha bir təxribata və təhlükəyə səbəb olmadan bir daha aradan qaldırılması tələb olunub. eastnews

captcha