IQNA

Qazaxıstanda Dünya və Ənənəvi Dini Liderlərin 7-ci Qurultayı keçiriləcək

10:56 - February 24, 2022
Xəbər sayı: 3491799
2022-ci il sentyabrın 13 və 14-də Qazaxıstanda Dünya və Ənənəvi Dini Liderlərin 7-ci Qurultayı keçiriləcək.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Nazarbayev adına Dinlərarası-Sivilizasiya Dialoqunun İnkişafı Mərkəzinin nümayəndəsi xanım Mədinə Abışova İran İslam Cümhuriyyətinin Qazaxıstandakı Mədəniyyət Müşavirliyində olub. O, İranın Qazaxıstandakı mədəniyyət müşaviri Əli Əkbər Talibi Metin ilə görüşüb.

Talibi-Mətin həmçinin bəyan edib ki, ümid edirik ki, Dünya və Ənənəvi Dini Liderlərin 7-ci Qurultayı 2022-ci il sentyabrın 13 və 14-də, qurultayın katibliyinin iclası isə sentyabrın 11 və 12-də Qazaxıstanın paytaxtında keçiriləcək.

Xanım Mədinə Abişova, Nazarbayev Mərkəzi ilə İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatı arasında sıx əlaqələrə toxunaraq, Dünya və Ənənəvi Dinlərin Liderlərinin 7-ci Qurultayının keçirilməsini alqışlayıb.

Qazaxıstanın Dünya və Ənənəvi Dinlərin Liderləri Konqresinin Katibliyi hər il, Konqresin Dini Liderlər Şurası isə üç ildən bir Qazaxıstanda toplanır. Bu konqresin əsas məqsədi dünyada dinlərin ardıcılları arasında sülhün və dinc yaşayışın artmasıdır.

4038212

captcha