IQNA

Hollandiyanın cənubunda məsciddə yanğın olub

19:23 - August 20, 2022
Xəbər sayı: 3492760
Hollandiyanın cənubunda bir məsciddə yanğın baş verib. Polisin qəsdən törədildiyini istisna etmədiyi yanğından sonra məscidə ziyan dəyib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Hollandiyanın cənubunda yerləşən Veldhoun şəhərində "İslam planlaşdırma" məscidi şübhəli şəkildə yandırılıb.

Hollandiya xəbər agentliyi (NOS) yanğının şənbə günü səhər saatlarında baş verdiyini və məscidə böyük ziyan vurduğunu bildirib.

Bu xəbər agentliyi polis qüvvələrinin hadisə ilə bağlı araşdırmalara başladığını bildirib. Onlar yanğının əvvəlcədən planlaşdırıldığını ehtimal edirlər.

Hollandiya yanğınsöndürmə idarəsi verdiyi açıqlamada xilasetmə qruplarının müdaxilə edərək yanğının qarşısını aldığını açıqlayıb.

4079481

captcha