IQNA

Nyu-Cersi Ali Məhkəməsində ilk hicablı hakim fəaliyyətə başlayıb

10:47 - March 04, 2023
Xəbər sayı: 3493789
Vyanadan olan ailə vəkili Nadia Kəhf Nyu Cersi ştatının Ali Məhkəməsinin hakimi olan ilk hicablı müsəlman qadın oldu.

"İQNA", "North Jersey"-ə istinadən xəbər verir ki, Nyu-Cersi valisi Phil Murphy, Kəhfin namizədliyini bu iş üçün irəli sürdükdən nəhayət bir il sonra Nyu Cersi Senatı onun hakim təyin edilməsinə səs verdi.

Kəhf, Passaic əyalətində hakimlik edən ilk müsəlman qadın olmasa da, hicab bağlayan ilk qadındır.

İyirmi il əvvəl Kəhf, Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Nyu-Cersi bölməsinin direktorlar şurasında işləyirdi. O, hazırda Nyu Cersidə bu şuranın idarə heyətinin sədri vəzifəsində çalışır.

4125568

 

captcha