IQNA

Braziliya Quran sərgisi

16:46 - May 10, 2023
Xəbər sayı: 3494157
Ötən həftədən Braziliyanın San-Paulu şəhərində keçirilən Braziliya Quran sərgisi ziyarətçilərə Quran və İslam texnologiyaları və tətbiqləri təqdim edir.

"İQNA", "nafeza2world"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi Braziliyanın San-Paulu şəhərində bu sərgini təşkil edib. Həmçinin ziyarətçilərə Qurani-Kərimin elektron xidmətləri və Səudiyyə Ərəbistanının Quran nəşri sahəsindəki fəaliyyəti ilə bağlı məlumat verilib.

Sərgi 1 may 2023-cü il bazar ertəsi Braziliya hökumətində Yaxın Şərq məsələləri üzrə koordinatorun iştirakı ilə başlayıb və 8 gün davam edəcək.

Bu sərgidə virtual reallıq (VR) texnologiyası vasitəsilə Məscidün-Nəbini ziyarət etmək mümkündür və ziyarətçilər bu texnologiyadan istifadə edərək Məscidün-Nəbinin müxtəlif hissələri və tarixi abidələri ilə tanış ola bilərlər.

VR texnologiyasından istifadə sərgini ziyarət edən braziliyalı tələbələr tərəfindən müsbət qarşılanıb.

4139385

captcha