IQNA

Modi deyir ki, hind müsəlmanları firavan yaşayırlar

4:42 - April 17, 2024
Xəbər sayı: 3495797
İQNA – Hindistanın baş naziri müsahibəsində bu ölkədə müsəlmanların demokratik mühitdə firavanlıq və xoşbəxtlik içində yaşadıqlarını iddia edib.

"İQNA", "Əl-Quds Əl-rabi" saytına istinadən xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi Amerikanın “Newsweek” jurnalına verdiyi müsahibədə dini azlıqların vəziyyəti barədə suala cavab olaraq bu məsələ ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını və hətta müsəlmanlar, xristianlar, buddistlər, siqhlər və hətta parsilər kimi kiçik bir azlığın Hindistanda xoşbəxt və firavan yaşadıqlarını söylədi.

Modinin açıqlamaları insan haqları hesabatlarının Hindistanın müsəlman azlığına qarşı ayrı-seçkiliyə məruz qaldığını və radikal hökumətyönlü partiyaların iştirakı ilə tarixi məscidlərin sökülməsi ilə hədəf alındığını təsdiqlədiyi bir vaxta təsadüf edir.

Hindistan müsəlmanları ölkənin 1,4 milyard əhalisinin təxminən 18%-ni təşkil edir.

Hindistan əsilli amerikalı yazıçı Sadanand Dome 2022-ci ildə Amerikanın “Wall Street Journal” qəzetindəki məqaləsində İslam və müsəlmanların düşməni olan radikal hindular barədə xəbərdarlıq edib.

Keçən mart ayında Hindistan 2019-cu ildə qəbul edilmiş mübahisəli vətəndaşlıq qanununun icrasını elan etdi. İnsan haqları müdafiəçiləri belə bir qanunun qəbulunu müsəlmanlara qarşı ayrı-seçkilik kimi qiymətləndirir və bunun şiddətli etirazlara səbəb olacağını bildirirlər.

4210183

captcha