IQNA

Əfqanıstanın "İsra" mərkəzində 3150 Quran aktivisti yetişdirilib

9:39 - October 06, 2019
Xəbər sayı: 3485923
Əfqanıstanın Kabul şəhərinin "İsra" Quran Evi Mərkəzi keçən altı illik fəaliyyəti ərzində Qurani-Kərimin hifzi, qiraəti, təfsiri və tərcüməsi üzrə 3150 Quran fəalı yetişdirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Kabul şəhərinin "İsra" Quran Evi Mərkəzi keçən altı illik fəaliyyəti ərzində Qurani-Kərimin hifzi, qiraəti, təfsiri və tərcüməsi üzrə 3150 Quran fəalı yetişdirib.

Bu barədə İQNA ilə müsahibəsində Əfqanıstanın Kabul şəhərinin "İsra" Quran Evi Mərkəzinin məsulu Əbdüş-Şəkur Fəllah məlumat verib.

O bildirib ki, Əfqanıstanın Kabul şəhərinin "İsra" Quran Evi Mərkəzi altı illi fəaliyyəti müddətində Qurani-Kərimi əzbər bilən 10 hafiz və Qurani-Kərimin 10-15 cüzini əzbər bilən 20 hafiz yetişdirib. Bundan əlavə mərkəzdə indiyədək Qurani-Kərimin üzünə rəvan oxunuşunu öyrənən iki min tələbə təhsil alıb. Habelə 500 nəfər Quranın ilkin təcvid qaydalarını, 400 nəfər təkmilləşdirilmiş təcvid qaydalarını və 100 nəfər peşəkar Quran qiraətini öyrənib.

Əfqanıstanın Kabul şəhərinin "İsra" Quran Evi Mərkəzinin məsulu Əbdüş-Şəkur Fəllah əlavə edib: Mərkəzin əsas fəaliyyətləri Qurani-Kərimin üzünə rəvan oxunuşu, Quranın tərcümə və təfsiri, İslam maarifi və dini hökmləri və Quran yarışlarında hakimlik məharətlərini öyrətməkdir.  

Qeyd edək ki, bu mərkəzdə həm kişi və həm də qadınlar Quran öyrənirlər. Hazırda bu mərkəzin 1450 qadın və 1700 nəfər kişi məzunu vardır.  

http://iqna.ir/fa/news/3847197

captcha