IQNA

Sionist lobbisinin Qərb mediasında təsiri müsəlmanlar üçün problem yaradır

10:14 - December 01, 2019
Xəbər sayı: 3486233
Sionist lobbisinin təsiri və nüfuzu altında olan media dairələri (peyk kanalları, sosial şəbəkələr, qəzetlər) cəmiyyətdə islamofobiyanı tərvic edir və İslam təliminin həqiqətlərini tərsinə göstərirlər.

İtaliyada Avropa Xanımlarının Əhli-Beyt (s) Davamçıları Birliyinin rəisi və həkim cərrah  xanəm Hüveyda Cəbəq İQNA ilə müsahibəsində sionist lobbisinin qərb mediasındakı təsirinin müsəlman azlıqlar üçün yaratdığı problemlərdən danışaraq dedi: Sionist lobbisinin təsiri və nüfuzu altında olan media dairələri (peyk kanalları, sosial şəbəkələr, informasiya agentlikləri, radio və qəzetlər) cəmiyyətdə islamofobiyanı tərvic edir və İslam təliminin həqiqətlərini tərsinə göstərirlər.

O əlavə etdi: Bu media vasitələri gecə-gündüz müsəlmanların həqiqi həyat tərzini və İslam maarifini gizlədir və çalışırlar ki, avropalıları İslamdan və müsəlmanlardan uzaq saxlasınlar.

İtaliyada Avropa Xanımlarının Əhli-Beyt (s) Davamçıları Birliyinin rəisi dedi: Qərb mediası şiə və sünni arasında təfriqə və nifaq salmağa çalışır. Hətta çalışırlar ki, əhli-sünnə qruplarını da bir-birinə qarşı savaşdırsınlar. Mənim yaşadığım şəhərdə əhli-sünnə qardaşlarımızın ən azı 12 dini və mədəni mərkəzi var. Amma onlar ayrılıqda fəaliyyət göstərir, hər birisinin öz siyasi xətləri var. Halbuki bir-birinin tamamlayıcısı olmalı və çiyin-çiyinə fəaliyyət göstərməlidirlər. Amma təəssüflər olsun ki, biz də əlimizdə olan imkanlarla İslamı sionistlərin istədiyi yanlış forma ilə Qərb cəmiyyətinə təqdim edirik.

Xanım Hüveydə Cəbəq əlavə etdi: Avropa cəmiyyətinin böyük qismi əxlaq və həqiqət axtarışındadırlar. Amma islamofobiyanın yayılması onların İslam barədə yanlış düşünməsinə və müsəlmanlardan qorxmasına səbəb olub.  

İtaliyada Avropa Xanımlarının Əhli-Beyt (s) Davamçıları Birliyinin rəisi və həkim cərrah  xanəm Hüveyda Cəbəq islamofobiya ilə mübarizə üsullarından danışaraq dedi: Biz küçələrə çıxır və insanlarla söhbət edirik. Onlara hədiyyə veririk. Onları məsciddə keçirilən mərasimlərimizə dəvət edirik. Onlar bizim mərasimlərə gəldikdə təəccüblənirlər və deyirlər ki, bizim bu həqiqətlərdən xəbərimiz yoxdur. İndi həqiqəti anladıq və sizinlə birlikdə olmaq xoşdur, yenə də mərasim olanda bizi də dəvət edin.  

https://iqna.ir/fa/news/3859696

 

captcha