"İQNA", "Elwatannews.com" xəbər saytına istinadən xəbər verir ki, Misir Sosial Həmrəylik Nazirliyi tərəfindən lisenziyalı "Əbu Homs" Xeyriyyə Cəmiyyətinin gəncləri bu dəyərli Quran layihəsinə təxminən bir həftə əvvəl başlayıblar.
Bu layihəyə əsasən, Əl-Bəhirə əyalətində yerləşən Əbu Homs kəndlərində 35 Quran hifzi tədris mərkəzi yaradılıb. Orada uşaqlara Qurani-Kərimi əzbərləmək və oxumaq pulsuz öyrədilir.
Bu layihəyə başlayan gənclər Quranın nüsxələrini və uşaqların vəhy kəlamını öyrənmələri üçün lazım olan digər əşyaları pulsuz təqdim edirlər.
4028383