IQNA

Boş vaxtlarını Quran tilavəti ilə keçirən Misirli süpürgəçi

11:32 - January 17, 2022
Xəbər sayı: 3491578
Adil əmi Misirin Əl-Əyyat şəhərinin məhəlləsində məşhur bir süpürgəçidir. O, hər gün küçədə oturaraq boş vaxtlarında Quran oxuyur. İnsanlar onun bu işini heyranlıqla qarşılayır.

"İQNA", "Əl-Vətən News"-a istinadən xəbər verir ki, Adil Tovfiq Misirin Əl-Cizə əyalətindəki Əl-Ayyat şəhərində 55 yaşlı bələdiyyə işçisidir. Onun küçədə dincələn zaman Quran oxuması səhnəsi yoldan keçənlərin marağına səbəb olub.

Onun küçədə dincələn zaman Quran oxuması səhnəsi yoldan keçənlərin marağına səbəb olub. O, deyir ki, xalqımız bilməlidir ki, gündəlik Quran tilavəti həyatımıza təsir edir. Onu təkcə Ramazan ayına həsr etmək doğru deyil. Əlbəttə ki, Quran oxumaqdan daha vacib olan Quran ayələri üzərində düşünmək və ona əməl etməkdir. Belə ki, Quranı həyatımızın rənginə çevirib, hər ayənin məqsədini və ayənin sözlərini anlamağa çalışmalıyıq.

Adil dayı deyir ki, tez-tez yaşadığı şəhərin din xadimlərinin yanına gedir və Qurani-Kərimdən anlamadığı hər şeyi ona izah etmələrini xahiş edir.

4028934

captcha