IQNA

Almaniyada məscid yanğını ilə bağlı araşdırmalara başlanılıb

15:48 - January 17, 2022
Xəbər sayı: 3491581
Almaniyanın Chemnitz şəhərinin polisi bu hadisədə təxribat ola biləcəyinə görə Türkiyə İslam Birliyinə məxsus məsciddə baş verən yanğınla bağlı geniş araşdırmaya başladığını açıqlayıb.

"İQNA", "TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, Polis hadisənin qəsdən törədildiyini və təxribat ola biləcəyini bildirir.

Polisin verdiyi məlumata görə, şənbə günü yerli vaxtla saat 23:00-da Chemnitzdəki Əl-Fatih məscidində yanğın baş verib.

Əl-Fatih Məscidinin Dərnəyinin rəhbəri Ənis Sezgi deyib ki, bu məscid hazırda yanğın nəticəsində bağlıdır. Yanğının dəqiq səbəbi hələlik məlum deyil.

O, xatırladıb ki, zaman-zaman məscidin poçt qutusuna təhdid məktubları atılırdı.

4029127

captcha