IQNA

Sudanda 100 Quran hafizi mükafatlandırılıb

12:07 - January 18, 2022
Xəbər sayı: 3491586
Sudanın paytaxtı Xartumda Qurani-Kərimin 100 hafizini mükafatlandırma mərasimi keçirilib.

"İQNA", "Əl-Nilin" Xəbər saytına istinadən xəbər verir ki, Sudanın "Ənsarus-Sünnətul-Məhəmmədiyyə" cəmiyyəti Sudanın paytaxtı Xartumda Qurani-Kərimin 100 hafizini mükafatlandırma mərasimi keçirib.

Cəmiyyətin baş katibi ƏbdülMunim Saleh, bu mərasimin universitet tələbələri üçün 100 Quran Hafizinin buraxılışı münasibəti ilə keçirildiyini bildirib.

Bu icmanın Ali Təhsil İdarəsinin baş katibi Əbdür-Rəhman Musa da bu mərasimdə Quran hafizi olan tələbələrin mükafatlandırıldığına işarə edərək deyib: "Bu, tələbələr və başqaları üçün Allahın kəlamını əzbərləməyə təşviqdir."

4028908

Teqlər: sudan ، quran ، hafiz ، xartum ، əzbərləmək
captcha