IQNA

Uqandada İslam, Din, Birlik, İnkişaf və Sivilizasiya toplantısı keçirilib

10:52 - January 20, 2022
Xəbər sayı: 3491595
Uqandadakı İran Mədəniyyət Müşavirliyi və Uqanda Beynəlxalq Kampala Universiteti ilə əməkdaşlıq çərçivəsində "İslam, Din, Birlik, İnkişaf və Sivilizasiya" elmi konfransı keçirilib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, bu toplantıda Beynəlxalq Kampala Universitetinin rəsmiləri, ustad və tələbələri iştirak ediblər.

İranın Uqandadakı mədəniyyət müşaviri iclasda çıxış edərək, birliyin İslam ölkələrinin inkişafındakı həyati rolunu izah edərək deyib: "Birlik yaratmaq və gücləndirməklə, dini inanc və dəyərləri yaymaqla İslam inkişafı və sivilizasiyasının bərqərar olması üçün zəmin hazırlanacaq.

O əlavə edib ki, İslam ümmətinin vəhdətindən məqsəd müsəlmanların İslam prinsipi və müsəlman cəmiyyətini təhdid edən təhlükələrə qarşı dini ortaqlıqlar əsasında həmrəylik nümayiş etdirmələridir. Həmçinin İslam ümmətini zəiflədən dini, siyasi, irqi, dil və s. fərqliliklərdən çəkinməkdir.

4029853

 

Teqlər: uqanda ، İslam ، din ، birlik ، sivilizasiya
captcha