IQNA

İordaniya Yaxın Şərq Universitetində Quran yarışı keçirilib

10:49 - January 20, 2022
Xəbər sayı: 3491597
İordaniyanın Yaxın Şərq Universitetinin Ədəbiyyat və Təhsil Elmləri Fakültəsi tərəfindən üçüncü dəfə keçirilən "Universitet Qarisi" Quran müsabiqəsinə start verilib.

"İQNA", "Əd-Düstur"-a istinadən xəbər verir ki, bu müsabiqələr qiraətdə tələbələrin içərisindən istedadlı olanlarını üzə çıxarmaq və gözəl qiraət edənləri tanıtmaq məqsədi ilə keçirilir. Ən yaxşılar Yaxın Şərq Universitetinin yerli və beynəlxalq yarışlarda təmsilçiləri olacaq.

Bu yarışlarda müxtəlif təhsil ixtisasları üzrə 20 oğlan və qız şagird iştirak edib.

Qaliblər bu ilin ikinci semestrinin əvvəlində təşkil olunacaq mərasimlə təltif olunacaq və sertifikatlar alacaqlar.

4029805

 

captcha