IQNA

Fransa idman müsabiqələrində hicab qadağan edilib

19:40 - January 21, 2022
Xəbər sayı: 3491601
Fransa parlamenti idmanda neytrallığın vacibliyini əsas gətirərək idmanda hicabdan istifadənin qadağan edilməsinə dair qanuna səs verib.

"İQNA", "Sputnik"-in Ərəb bölümünə istinadən xəbər verir ki, Fransa parlamenti idman federasiyaları tərəfindən təşkil edilən tədbirlərdə və yarışlarda iştirak etmək üçün "dini simvollar"dan istifadəni qadağan edən qanun layihəsinə dəyişiklik edilməsinə səs verib.

Millət vəkilləri bu qanunu belə izah ediblər: Bu düzəliş "idman yarışlarında hicabdan istifadəni" qadağan etmək məqsədi ilə edilib. Onlar əlavə ediblər ki, hicab idman zamanı idmançıların təhlükəsizliyinə təhlükə yarada bilər.

Fransız senatorları qanunun müsəlman vətəndaşlara tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, iddia ediblər ki, bütün vətəndaşlar dini vəzifələrini yerinə yetirməkdə azaddırlar. Amma vurğulayıblar ki, hər kəs ixtilafları önə çəkməkdən çəkinməlidir.

Fransa Futbol Federasiyası hazırda rəsmi oyunlarda, eləcə də federasiyanın keçirdiyi digər oyunlarda qadınların hicab geyinməsini qadağan edir. Onlar bu qadağaya etiraz ediblər. Onlar deyiblər ki, bütün müsəlman qadınların hicabla sevdikləri idman növü ilə məşğul olmaq hüququ olmalıdır. Federasiyanın qoyduğu qadağanın aradan qaldırılması üçün Fransanın ən yüksək inzibati orqanı olan Dövlət Şurasına şikayət edilib.

4030029

 

Teqlər: fransa ، idman ، müsabiqə ، hicab ، qadağan
captcha