İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla məlumat verir ki, Taliban-ın hökumət mediası- Baxtər bildirib ki, dünən otuz namazqılanın şəhid olması ilə nəticələnən terror hücumunun təşkilatçısı təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Bu məlumata görə, həmin terrorçu, İŞİD-in Əfqanıstanın Bəlx vilayəti üzrə keçmiş valisi, Əbdülməcid Səngəryar olub.
Əfqanıstanın şimalında, Məzar-Şərif şəhərində yerləşən «Üç dükan» adlı şiə məscidinə qarşı terror hücumu nəticəsində otuz nəfər şəhid olub, səksən nəfər isə yaralanıbdır.
Partlayış namaz qılınarkən törədilib. Çox izdihamlı bir məkanda yerləşən məscid, Məzar-Şərif şiələrinin ən böyük məscididir.