IQNA

"Özünütanıma" mənəvi Rəhbərin kəlamında

15:37 - April 23, 2022
Xəbər sayı: 3492115
"Ən yüksək tanımaq, insanın özünü tanımasıdır." Bu, İmam Əlinin (ə) kəlamıdır ki, Qurani-Kərimdən qaynaqlanır və İslamın tərbiyə yolunu cızmaq üçün əsasdır. Bu yol onun fikrincə, bütün peyğəmbərlərin getməyə çalışdığı yoldur.

Ramazan ayının 21-i İmam Əlinin (ə) şəhadətinin ildönümüdür. Şəhid olmasından iki gün əvvəl ona namaz mehrabında azğınlardan biri hücum etdi və müsəlmanların dini liderini təkfirçi (bu gün İŞİD kimi) baxışla şəhid etdi.

İmam Əli (ə) kim idi?

Əli (ə) Peyğəmbərə iman gətirən ilk şəxsdir. Vəhyi yazanlardan biri də o idi. Onu Peyğəmbərin (s) ən xüsusi səhabəsi edən bir çox tarixi xüsusiyyətlər vardır ki, onlardan biri də "Ləylətül-məbit" (hicrət gecəsi Peyğəmbərin (s) yerində yatması) hadisəsi olmuşdur.

Amma o, bu tarixi cəhəti ilə yanaşı, sözü və davranışı ilə özünəməxsus mənəvi liderlik nümunəsi oldu. Hakimiyyətdə özünü elə aparırdı ki, əbədi ədalət simvoluna çevrildi.

Nəhcül-bəlağə bu dini liderin mənəvi ifadələrinin gözəl ölçülərini göstərən heyrətamiz bir kitabdır. Bu məfhumlardan biri də İmam Əlinin (ə) kəlamı ilə dini tərbiyənin əsası kimi tanınan "özünütanıma"dır.

"Gəncin qəlbi torpaq kimi hazırdır, ürəyində əkilən hər dənəni qəbul edir". (Nəhcül-bəlağə). Buna görə də, İmam Əlinin (ə) gənclərə xüsusi baxışı vardır ki, onu tərbiyə üçün əlverişli zəmin hesab etmək olar. Digər tərəfdən, ilk tərbiyəvi addımı "özünə dəvət etmək" hesab edir. Yəni insan öz bəşəri dəyərini bilməyə və bu dəyər əsasında öz şəxsiyyətini özü qurmağa təşviq edilməlidir. "Ən yüksək bilik insanın (öz qabiliyyətini və dəyərini" dərk etməsidir. (Qürərül-Hikəm). O həzrət buyurur: "Peyğəmbərlər ancaq ruhi orqanları dərindən tədqiq etməklə fitri səbəbləri oyatmaq və əqli enerjini azad edib çiçəkləndirmək məqsədi ilə gəlmişlər. Bu yolla insanlar öz şəxsiyyətlərinə yönləndirmək istəyiblər". (Nəhcül-bəlağə).

Bəs bu özünütanıma insana necə kömək edir? Özünütanımanın rolu insanı allahşünaslığın həqiqətinə yönəltmək və insanın başqaları ilə əlaqəsini bilməkdir: "Öz qədrini bilməyən, heç nəyin qədrini bilməyəcək". (Qürərül-Hikəm).

Niyə? Çünki belə insan həyatı məqsədsiz görür. Varlığın və onun nemətlərinin dəyəri onun nəzərində əhəmiyyətsizdir. Həmçinin onun nəzərində hər şey dəyərsiz və əhəmiyyətsiz görünür.

Bu sözləri Qurani-Kərimin bir ayəsinin müqəddiməsi və təfsiri kimi qiymətləndirmək olar ki, buyurur: "Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs sizə heç bir zərər yetirə bilməz. Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə, O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir". (Maidə, ayə 105).

captcha