"İlahi, Sən onu bəndələrinin üzünə açıb və onu tövbə adlandırmısan. Sən bəndələrinlə rəftarda həmişə onların xeyrinə rəftar edənsən. Bizə çoxlu nemətlər bəxş etmisən ki, onların ən görkəmlilərindən biri Ramazan ayı və ən gözəl fəzilətlərdən biri də bu ayda oruc tutmaqdır. Ramazan bizim üçün həmd-səna etmək yeri və bizim üçün çox yaxşı dost idi".
Bunlar İmam Səccadın (ə) müqəddəs Ramazan ayının sonunda şövqlə oxuduğu duanın bir hissəsidir ki, onun kail forması "Səhifə Səccadiyə"də gəlmişdir.
Allah Rəsulu (s) da Şəbaniyyə xütbəsində belə buyurmuşdur: "Bu ay bərəkət, rəhmət və bağışlanma gətirir. Kim bu ayın dostu və dostu olarsa, bu ayın bərəkətinə, rəhmətinə və bağışlanmasına da nail olar."
Allahın ayından ən yaxşı şəkildə faydalanmaq
Sonra buyurdu: "Bu ay əldə etdiyimiz qazancı dünyanın heç bir yerində heç bir iş adamı əldə etməyib". İnsan bir müsafirdir ki, onu əbədi səfər gözləyir. Həmin səfərin tuşə və azuqəsi bir neçə gün ərzində hazırlanmalıdır. Bu ayda mömin üçün cənnətin qapıları açılır. Mömin paklıqla aləmin batininə yol tapa bilər. Əgər ən yaxşı fürsət mübarək Ramazan ayıdırsa, ən yaxşı fayda da Ramazan ayı və onun əhlinindir.
İmam Səccad Ramazanla vida duasında buyurur: "Əlvida, səndən əvvəl gəlməyinə sevindik, sən getməmiş getməyinə də kədərləndik". "Əlvida, sənin gəlişinlə bizdən çox pisliklər getdi, çoxlu yaxşılıqlar nəsibimiz oldu". "Allah səni qorusun ki, şeytana qarşı bizə kömək etdin və ey bizim üçün xeyir və fəzilət yollarını asanlaşdıran yoldaş".
Vidalaşmaq Mübarək Ramazan ayı ilə ünsiyyət quran şəxslər üçündür. Bu ay ilə dostluq etməyən kəs vidalaşmaz. İnsan dostu və ya bir müddətdir tanış olduğu biri ilə vidalaşır. Mübarək Ramazan ayının nə vaxt gəlib, nə vaxt keçdiyini, niyə gəlib, nə üçün keçdiyini heç bilməyən şəxs sağollaşmır.
Sonra buyurur: " Sənin hörmətini saxlayan və davranışlarına diqqət edən çox xoşbəxt oldu. Ey ədalətlilərin ən ədalətlisi, bizi o tövbə edənlərin cərgəsində qərar ver ki, Öz məhəbbətini onların halına şamil edibsən".
Bu duanın sonunda oxuyuruq: " İlahi, mübarək ayın yoxluğu bizim üçün bir müsibətdir. Fitr bayramı günü bu müsibətin əvəzini bizə ver".