IQNA

Həccə gedənlərin peyvənd olunması ilə bağlı Səudiyyə Ərəbistanının şərti

10:23 - May 09, 2022
Xəbər sayı: 3492200
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi builki Həcc ziyarətinə zəvvarların qeydiyyata alınmasının əsas şərtinin Səudiyyə Ərəbistanının təsdiq etdiyi vaksinlərlə peyvənd olunması olduğunu açıqlayıb.

"İQNA", "Əl-Ərəbiyyə"-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc Nazirliyi bir mesajda belə deyib: "Hicri 1443-cü il Həcc ziyarətinə gedən zəvvarlar, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş vaksinlərdən biri ilə Corona xəstəliyinin qarşısını almaq üçün peyvəndi tamamlamalıdırlar.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi də ümrə vizası ilə xaricdən gələnlər üçün ümrə mövsümünün Şəvval ayının 30-da başa çatacağını açıqlayıb.

İranın Həcc və Ziyarət Təşkilatının rəhbəri Hüseyni deyib ki, Səudiyyə Ərəbistanı zəvvarlar üçün üç şərt açıqlayıb. Bir şərt budur ki, 65 yaşdan aşağı olanlar Həcc ziyarətinə gedə biləcəklər. Səudiyyə hökuməti tərəfindən elan edilən ikinci şərt isə peyvənddir. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün 10 peyvəndi təsdiqləyib. Səudiyyə Ərəbistanının Həcc ziyarəti ilə bağlı üçüncü şərti budur ki, zəvvarlar yola düşmədən 72 saat əvvəl PCR testindən keçməli və mənfi sertifikata sahib olmalıdırlar.

4055346

Teqlər: həcc ، zəvvar ، peyvənd ، ərəbistan ، şərt
captcha