IQNA

Misir məscidlərinin imamları ümumi xalqla Quran məclisləri keçirib

9:23 - May 23, 2022
Xəbər sayı: 3492274
Misirin vəqflər naziri ölkə məscidlərinin imamları üçün Quran tilavət məclislərinin ictimaiyyətin iştirakı ilə başladığını və proqramın ilk dəfə olaraq qadınlara həsr olunduğunu açıqlayıb.

İQNA, "Qahirə 24"-ə istinadən xəbər verir ki, Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə bildirib ki, Vəqflər Nazirliyinin Qurani-Kərimə qayğısı və bu müqəddəs kitabın məna və məqsədlərinin düzgün dərk edilməsi və Quran fəaliyyətinin ölkə daxilində məscidlərə qaytarılması çərçivəsində, məscidlərdə imamlar ümumi ictimaiyyətlə birlikdə Quran məclisləri keçirib.

Misirin Vəqflər Naziri rəsmi Facebook səhifəsində əlavə edib ki, Misirin bir sıra məscidlərində geniş ictimaiyyət üçün nəzərdə tutulan bu Quran məclisləri artıq başlayıb.

Misirin vəqflər naziri həmçinin elan edib ki, ilk dəfə olaraq qadınların Quran qiraəti məclisləri Vəqflər Nazirliyinin etibar etdiyi xətib və hafizlərin nəzarəti altında və 10 məsciddə başlayacaq.

4058454

captcha