İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin “Əl-Əzhər” universitetinin rektoru Şeyx Əhməd ət-Tayyib dünən axşam saatlarında HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı reallaşdırıb.
Telefon danışığı zamanı Qüds mövzusu, Qəzza zolağındakı mühasirə və digər mövzular müzakirə olunub. Şeyx Əhməd ət-Tayyib açıqlamasında bildirib ki, Misir Fələstin xalqına daim dəstək verir.
Qeyd edək ki, Şeyx Əhməd ət-Tayyib bundan əvvəl də ABŞ prezidentinin köməkçisi Mayk Pins ilə Qüds mözusuna görə görüşməkdən imtina etmişdi.