İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin İmam Xomeyni (r.ə) müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"ndə nümayiş olunan ən kiçik Quran nüsxəsi Misrin sifarişi ilə çap və nəşr olunub.
Sərginin ən kiçik Quranı olan bu nüsxəni Beyrutun "Darul-Müfid" nəşriyyatı çap və nəşr edib.
Beyrutun "Darul-Müfid" nəşriyyatının Tehran sərgisindəki pavilyonunda müxtəlif ölçü və formatlarda Quran nüsxələri nümayiş olunur.
Həmçinin bu pavilyonda ilk dəfə olaraq "Möcəmul-Qurra əl-Misriyyin" kitabı da sərgiyə çıxarılıb. 400 qarinin həyatından bəhs edən və fotolarını paylaşan bu kitab Ərəb dilində yazılıb.
"Darul-Müfid" pavilyonunda Misrin əl sənayesi, incəsənət əsərləri, hüsnxətt ilə yazılmış Quran ayələri, papiros kağızları və digər ekspanatlar nümayiş olunur.