İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Mursi mübarizəsi yolunda canından keçən şəhiddir. Tarix onu şəhid edən zalimləri heç vaxt unutmayacaq.
Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan İstambulda keçirilən Xəliç Konqresi Mərkəzində elan edib:
Edama məhkum edilmiş Məhəmməd Mursi son nəfəslərini məhkəmə zalında alıb. Bu, ona və Misr xalqına edilən zülmün göstəricisidir.
Ərdoğan vurğuladı: Zalimlər məzlumların canının qəsdinə dura bilərlər, hətta onları öldürərək şəhid də edə bilərlər, amma heç vaxt onların mübarizəsinin böyüklüyünə zərbə vura bilməzlər.
http://iqna.ir/fa/news/3820249